Tailandda əyləncə məkanında yanğın baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yanğın paytaxt Banqkokda baş verib.
Alov qısa müddətdə bütün binanı bürüyüb. Hadisə nəticəsində azı 27 nəfər ölüb.Hadisə zamanı çox sayda şəxs yaralanıb. Yaralananlar xəstəxanaya çatdırılıb.Yanğının səbəbi hələlik məlum deyil. İlkin məlumata görə, yanğından əvvəl elektrik lövhəsindən tüstü qalxıb, sonra isə partlayış baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.
//Nəzər.Media
