ABŞ Türkiyəyə “F-35” satışı ilə bağlı müsbət mesaj verib. Nəzər.Media Türkiyənin “Hürrriyət” qəzetinə istinadən xəbər verir ki, Vaşinqton satışın mümkün olduğunu bildirib.
ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Mett Uitaker satışın reallaşa biləcəyini deyib. O, Türkiyəni NATO-nun güclü və etibarlı müttəfiqi kimi qiymətləndirib. Uitaker iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, “F-35”-lərin təhvil verilməsinin uzun müddət tələb edəcəyini bildirib. O, həmçinin “S-400” məsələsinin ABŞ qanunvericiliyinə əsasən əsas şərtlərdən biri olaraq qaldığını qeyd edib.
//Nəzər.Media
