Bermuda üçbucağında batmış şəhər olduğu iddiası yenidən gündəmə gəlib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, araşdırmaçılar dənizin altında böyük daş quruluşların izlərini aşkarladıqlarını bildiriblər.
Bu quruluşların qədim şəhərə aid olduğu iddia edilir. Bəzi nəzəriyyələr həmin şəhəri əfsanəvi Atlantis ilə əlaqələndirir. Lakin şəhərin Atlantis olduğu hələ elmi şəkildə təsdiqlənməyib.
//Nəzər.Media
