Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Fidan Dəməşqdə Suriya rəsmiləri ilə görüşlər keçirib.
Görüşlərdə ölkədəki son vəziyyət müzakirə olunub. Tərəflər təhlükəsizlik və terrorla mübarizə məsələlərinə diqqət yetiriblər. Fidan Suriyada yeni mərhələnin başladığını bildirib.
//Nəzər.Media
