Brüssel hava limanında dron görüldüyü üçün uçuşlar müvəqqəti dayandırılıb. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hadisə hava limanında ciddi narahatlıq yaradıb.
Uçuşların təhlükəsizliyi üçün hava məkanı qısa müddətə bağlanıb. Bir sıra reyslər gecikib və sərnişinlər gözləməli olub. Dronun kimə məxsus olduğu isə hələ müəyyən edilməyib.
//Nəzər.Media
