ABŞ-da aparılan araşdırma beynin qərarverməsi ilə bağlı yeni fikir ortaya qoyub.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, alimlər beyində qərarları idarə edən vahid mərkəzin olmadığını bildiriblər.
Onların fikrincə, seçim hissi duyğu və hərəkət sistemlərinin qarşılıqlı təsirindən yaranır.
İnsan davranışına bədən və ətraf mühit də təsir göstərir.
Tədqiqatçılar buna görə qərarverməyə yalnız beynin işi kimi baxmağın doğru olmadığını deyirlər.
//Nəzər.Media
