Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi ilə bağlı açıqlama verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Putin Rusiyanın məqsədlərinə çatmaq üçün imkanlarının olduğunu bildirib.
O, ölkəsinin mövcud vəziyyətdə üstün mövqedə olduğunu deyib. Rusiya lideri müharibənin gedişində dəyişikliklərin mümkün olduğunu vurğulayıb. Putin Ukrayna məsələsində Rusiyanın uğur qazanacağına ümid etdiyini bildirib.
//Nəzər.Media
