Braziliyada prezident seçkilərinin ilk turunda heç bir namizəd 50 faiz səs toplaya bilməyib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Flavio Bolsonaro 47,03 faizlə ilk, Luiz İnasio Lula da Silva isə 45,16 faizlə ikinci olub.
Beləliklə, seçkilər ikinci tura qalıb. İkinci tur oktyabrın 25-də keçiriləcək. Bolsonaro və Lula yenidən prezidentlik uğrunda yarışacaqlar.
//Nəzər.Media
