Rusiyanın İrkutsk vilayətində bir laboratoriya əməkdaşı vəba şübhəsi ilə həyatını itirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, onunla təmasda olan 197 nəfər karantinə alınıb.
İlkin məlumatlara görə, əməkdaş veba araşdırma mərkəzində çalışıb. Onun ölümündən sonra təmasda olduğu şəxslər tibbi nəzarətə götürülüb. Rusiya rəsmiləri karantində olanlarda xəstəlik əlaməti aşkarlanmadığını bildiriblər.
//Nəzər.Media
