BVF dünya iqtisadiyyatı üçün üç əsas risk barədə xəbərdarlıq edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, BVF rəhbəri Kristalina Georgiyeva süni intellekt, yüksək enerji qiymətləri və artan dövlət borclarını əsas təhlükələr kimi göstərib.
Georgiyeva hökumətləri təcili tədbirlər görməyə çağırıb. O, yüksək enerji qiymətlərinin inflyasiyanı artırdığını bildirib. BVF rəhbəri dövlət borclarının da ciddi risk yaratdığını vurğulayıb.
//Nəzər.Media
