Fransa hökuməti lisey şagirdlərinin etirazlarında səs bombalarından istifadəni dayandırıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, qərar 15 yaşlı şagirdin səs bombası partlaması nəticəsində əlini itirməsindən sonra verilib.
Daxili işlər naziri Loran Nünez bu barədə açıqlama verib. Polis əməkdaşlarının fəaliyyəti ilə bağlı 18 araşdırma başladılıb. Etirazlar təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirilir.
//Nəzər.Media
