Çində güclü yağışlar selə səbəb olub.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Quanqsi-Çjuan Muxtar bölgəsində baş verib.
Təbii fəlakət 39 nəfərin həyatına son qoyub. Sel nəticəsində 9 nəfərin itkin düşdüyü bildirilir.Naninin şəhərindəki bənddə yaranan çat vəziyyəti daha da ağırlaşdırıb. Təhlükə səbəbindən yüzlərlə sakin təhlükəsiz əraziyə köçürülüb.Hazırda bölgədə xilasetmə işləri davam edir. Səlahiyyətli qurumlar dəymiş ziyanı qiymətləndirirlər.
//Nəzər.Media
