Fransa Hörmüz boğazına alternativ marşrut təklif edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Fransanın xarici işlər naziri Jan-Noel Barro verib
Onun sözlərinə görə, neftin Suriya üzərindən Aralıq dənizinə daşınması nəzərdən keçirilir. Bu istiqamətdə işlərin böhranın əvvəlindən aparıldığı bildirilib.Fransa bölgədə gərginliyin azalmasına və danışıqların bərpasına çağırış edib. Paris Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasının vacib olduğunu vurğulayıb.Barro bildirib ki, Fransa gələcəkdə enerji daşımalarında alternativ marşrutlardan daha geniş istifadə etmək niyyətindədir.
//Nəzər.Media
