Almaniya ABŞ-dən “Tomahawk” raketləri almağa qərar verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bunu kansler Fridrix Merts açıqlayıb.
Onun sözlərinə görə, raketlər ölkə ərazisində yerləşdiriləcək. Bu addım Almaniyanın müdafiə imkanlarını gücləndirməyə hesablanıb.Merts NATO-nun daha güclü və daha vahid olduğunu bildirib. O, Avropa ölkələrinin öz təhlükəsizliyinə daha çox məsuliyyət daşımalı olduğunu vurğulayıb.Almaniya müdafiə xərclərini də artırmağı planlaşdırır. Rəsmi Berlin eyni zamanda Avropanın öz müdafiə sistemlərini inkişaf etdirməsini də dəstəkləyir.
//Nəzər.Media
