Kreml ABŞ-nin Ukrayna siyasətini tənqid edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Moskva Vaşinqtonun yanlış mövqe tutduğunu bildirib.
Kremlin sözçüsü Dmitri Peskov gərginliyin artırılmasının sülhə xidmət etmədiyini deyib. Onun sözlərinə görə, bu addımlar müharibənin daha da uzanmasına səbəb olacaq.Peskov ABŞ-nin Ukraynaya silah və hərbi texnologiya verməyə davam etdiyini də vurğulayıb. O, NATO qüvvələrinin Ukraynada fəaliyyətini də tənqid edib.Kreml eyni zamanda Vladimir Putinlə Donald Tramp arasında telefon danışığının hələ baş tutmadığını açıqlayıb.
//Nəzər.Media
