Türkiyəli aktrisa Damla Sönmez ailə qurub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Sönmez İlkay Akıncı ilə nikaha daxil olub.
Cütlük Boğaz sahilində keçirilən sadə mərasimdə evlənib. Toyda ailə üzvləri və yaxın dostları iştirak ediblər. Damla Sönmez sadə gəlinliyi ilə diqqət çəkib.
//Nəzər.Media
