Konqo Demokratik Respublikasında Ebola epidemiyası 4 mindən çox insanın ölümünə səbəb olub. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, ölkədə təsdiqlənmiş yoluxma sayı 8 min 300-ə çatıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, 4 018 nəfər həyatını itirib. Epidemiya ölkənin yeddi əyalətinə yayılıb. Xəstəliyin qarşısının alınması üçün mübarizə davam edir.
//Nəzər.Media
