İrlandanın Doneqal bölgəsində gecə səmasında parlaq və sirli cisim görünüb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, cisim bir neçə saniyə ərzində hərəkət edərək arxasında parlaq iz buraxıb.
Hadisə Bunkrana şəhəri üzərində qeydə alınıb. Cismin kosmik aparat qalıqları ola biləcəyi ehtimal edilir. Lakin onun mənşəyi hələ müəyyənləşməyib.
//Nəzər.Media
