• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Cəmiyyət

Əkiz bacılar bir-birindən ayrılmadı - Universitetdə də eyni ixtisas

25 Avqust, 26 / 15:21
A A
Əkiz bacılar bir-birindən ayrılmadı - Universitetdə də eyni ixtisas

Xaçmaz rayonunun Niyazabad kəndindən olan əkiz bacılar – Selcan və Nurcan Əkbərovalar ali məktəbə qəbul zamanı eyni ixtisası seçərək tələbə adını qazanıblar.

Nəzər.Media AZƏRTAC-a istinadən xəbər verir ki, onlar 2015-ci ildə Niyazabad kənd tam orta məktəbinin birinci sinfinə gediblər. Təhsil müddətində eyni sinifdə oxuyan bacılar bu il həmin məktəbi bitiriblər.

Qəbul imtahanlarında II ixtisas qrupu üzrə iştirak edən Selcan 322 bal, Nurcan isə 317 bal toplayıb. Hər iki bacı Sumqayıt Dövlət Universitetinin Sosiologiya ixtisasına qəbul olub.

Əkizlərin anası Rəna Əkbərova bu hadisənin ailəni çox sevindirdiyini bildirib: “Məncə, bunun heç bir mənfi tərəfi yoxdur. Əksinə, müsbət tərəfləri çoxdur. Birinci sinifdən məktəbə bir yerdə gediblər, bir sinifdə oxuyub, bir məktəbi bitiriblər. İndi də eyni universitetdə bir yerdə olmaları bizim üçün ən yaxşı hadisədir. Özləri də bir-birlərinin həm bacısı, həm də rəfiqəsidirlər. Hər məsələdə eyni fikirdədirlər. Ona görə də eyni universitetə qəbul olmaları, bir yerdə eyni ixtisasda təhsil almaları ailəmiz üçün çox sevindirici haldır”.

Qeyd edək ki, ailədə dörd övlad var. Əkiz bacılar ailənin sonbeşikləridir. Onların anası Rəna Əkbərova xalçaçı, atası isə balıqçıdır.

Previous Post

Məzun olma xəbərini anasına çatdırmaq üçün məzarına getdi – Kövrəldən görüntülər - VİDEO

Next Post

Serj Sarkisyana da cinayət işi açıldı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.