Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gəlib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, prokurorluq Serj Sarkisyan da daxil olmaqla, ümumilikdə 10 nəfərə qarşı cinayət işi açıb.
Qeyd edək ki, bu gün Ermənistanın sabiq prezidenti Robert Köçəryan da Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
//milli.az
