Əlcəzairin şərqində meşə yanğınları baş verib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yanğınlar zamanı təlafata səbəb olub.
Yanğınlarda ilkin məlumata görə, 12 nəfər həyatını itirib. Bejaya vilayətində 4, Jijel vilayətində 5 nəfər ölüb. Tizi-Uzu vilayətində isə 3 nəfərin öldüyü bildirilib. Yanğınların söndürülməsi üçün işlər davam edir.
//Nəzər.Media
