Hörmüz boğazında bir tanker naməlum mənşəli sursatla vurulub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisədən sonra tankerdə yanğın baş verib.
Yanğın qısa müddətdə söndürülüb. Gəminin bütün heyətinin təhlükəsiz olduğu bildirilib. Hadisə ilə bağlı araşdırma başlanıb və gəmilərə ehtiyatlı hərəkət etmək tövsiyə olunub.
//Nəzər.Media
