Əlcəzairdə uşaq evində yanğın baş verib.
Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinş istinadən xəbər verir ki, Hadisə paytaxt Əlcəzairin Məhəmmədiyyə rayonunda qeydə alınıb.
Yanğın nəticəsində əksəriyyəti uşaqlar olmaqla 11 nəfər həyatını itirib.
Hadisə zamanı daha 19 nəfər xəsarət alıb.
Həlak olanların yaşı barədə rəsmi məlumat açıqlanmayıb.
Yanğının başvermə səbəbi hələ məlum deyil.
Hadisə ilə bağlı araşdırma və söndürmə işləri davam edir.
//Nəzər.Media
