Yaponiyada ikinci paytaxtın yaradılması ilə bağlı qanun layihəsi qəbul edilib. Nəzər.Media Türliyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, sənəd parlamentin aşağı palatasından keçib.
Layihə böyük fəlakətlər və fövqəladə hallarda dövlət idarəçiliyinin fasiləsiz davam etməsini nəzərdə tutur.
Yeni paytaxt Tokionun əsas funksiyalarını müvəqqəti şəkildə yerinə yetirəcək.
Qanun layihəsinə əsasən, uyğun bölgəni Baş nazir müəyyən edəcək.
Seçim zamanı əhalinin sayı, iqtisadi imkanlar və digər meyarlar nəzərə alınacaq.
Namizəd bölgənin təbii fəlakət riskinin Tokio ilə eyni olmaması əsas şərtlərdən biridir.
Hakimiyyət layihənin parlamentin yuxarı palatasında da qəbul edilərək qanun qüvvəsinə minməsini hədəfləyir.
//Nəzər.Media
