Donald Tramp yeni planını açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, söhbət yük maşını sürücülərindən gedir.
O bildirib ki, qanunsuz miqrant sürücülərin yerinə ABŞ hərbi veteranlarının işə götürülməsi nəzərdə tutulur. Trampın sözlərinə görə, orduda ağır yük maşını idarə etmiş şəxslər avtomatik olaraq kommersiya sürücülük vəsiqəsi ala biləcəklər. O, bununla bağlı əlavə təfərrüat açıqlamayıb. Tramp məsələni Pensilvaniya ştatında keçirilən hərbi investisiya zirvəsində səsləndirib.
//Nəzər.Media
