Elektron siqaret tam təhlükəsiz sayılmır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetin istinadən xəbər verir ki, yeni araşdırma bunu bir daha göstərib.
Alimlər bildiriblər ki, elektron siqaretin buxarında zərərli kimyəvi maddələr ola bilər. Bu maddələrin xərçəng riskini artıra biləcəyi qeyd olunur. Mütəxəssislər elektron siqaretin adi siqaretdən daha az zərərli ola biləcəyini bildirirlər. Ancaq onun sağlamlıq üçün tam təhlükəsiz olmadığı vurğulanır. Araşdırma müəllifləri uzunmüddətli təsirlərin dəqiq qiymətləndirilməsi üçün əlavə tədqiqatlara ehtiyac olduğunu açıqlayıblar.
//Nəzər.Media
