Ukrayna Krım yarımadasına zərbə endirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hücum zamanı 2 nəfər ölüb.
Məlumata görə, daha 5 mülki şəxs yaralanıb. Rusiya tərəfindən təyin olunan Krım rəhbəri Sergey Aksyonov ölənlərin ailələrinə başsağlığı verib. Hadisədən sonra prokurorluq araşdırmalara başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanın hərbi infrastrukturunun hədəf alındığını bildirib. Onun sözlərinə görə, Ryazan vilayətində neft emalı zavodu və logistika mərkəzinə də zərbələr endirilib. Zelenski Rusiyaya təzyiqin davam etdiriləcəyini vurğulayıb.
//Nəzər.Media
