F-35 qırıcısına aid gizli hissələrin Çinin əlinə keçdiyi iddia edilir. Nəzər.Media Türkiyənin “CNN Türk”ə istinadən xəbər verir ki, hissələr Avstraliyadan ABŞ-a aparılarkən Honq Konqa yönləndilib.
Söhbət təyyarənin kabin örtüyü və silah bölməsi qapağından gedir. Bu hissələrdə radar siqnallarını azaldan xüsusi örtük olduğu bildirilir. Pentaqon hissələri geri almaq üçün çalışıldığını açıqlayıb.
//Nəzər.Media
