“Real Madrid” mövsümün ilk 7 oyununda 2 məğlubiyyət alıb. Nəzər.Media Türkiyənin “Sporx” saytına istinadən xəbər verir ki, nəticələr Joze Mourinyonun üzərindəki təzyiqi artırıb.
Komanda lider “Barselona”dan 6 xal geri düşüb. Mourinyo ilə klub prezidenti Florentino Peres arasında fikir ayrılığı olduğu bildirilir. Qarşıdakı oyunların nəticələri 25 oktyabrdakı “El-Klasiko” öncəsi vəziyyətə təsir edə bilər.
//Nəzər.Media
