Finlandiyada bir neçə deputatın evinə qanunsuz girişdən şübhələnilir. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, polis hadisələrlə bağlı araşdırma başlayıb.
Ev sahibləri bəzi əşyaların yerinin dəyişdiyini və qapıların açıq qaldığını bildiriblər. Hadisələr zamanı oğurluq və ya zərər halları qeydə alınmayıb. Finlandiya Prezidenti Aleksandr Stubb bunu demokratiyaya hücum kimi qiymətləndirib.
//Nəzər.Media
