Zimbabvenin şərqində helikopter qəzaya uğrayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, qəza Marondera bölgəsində baş verib.
Hadisə nəticəsində 6 nəfər həyatını itirib. Ölənlər arasında iş adamı Viknell Çivayo və həyat yoldaşı Lusi Mutekenin də olduğu bildirilib. Qəzanın səbəbi araşdırılır.
//Nəzər.Media
