Fransada güclü fırtına baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, fırtına fəsadlara səbəb olub.
13 min ev elektriksiz qalıb.Məlumata görə, dolu və leysan bir sıra bölgələrdə ciddi fəsadlar törədib.
Elektrik xətlərində yaranan nasazlıqlar səbəbindən enerjinin verilişi dayanıb.
Meteorologiya xidməti 15 bölgə üzrə narıncı xəbərdarlıq elan edib.
Küləyin sürətinin saatda 100 kilometrə çatacağı bildirilib.
Aidiyyəti qurumlar vəziyyətin aradan qaldırılması istiqamətində işləri davam etdirirlər.
//Nəzər.Media
