ABŞ-dən “F-35” ilə bağlı müsbət açıqlama verilib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər veir ki,Türkiyə ilə danışıqların ümidverici olduğu bildirilib.
ABŞ Konqresinin üzvü Mayk Törner bu barədə məlumat verib.
Onun sözlərinə görə, NATO-nun Ankara sammitində türk rəsmiləri ilə faydalı görüşlər keçirilib.
Törner Türkiyənin “F-35” proqramına qayıtmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
O bildirib ki, Türkiyə NATO-nun güclü üzvüdür və proqramın istehsalçı tərəflərindən biridir.
ABŞ rəsmiləri “F-35” satışı ilə bağlı danışıqların davam etdiyini qeyd ediblər.
//Nəzər.Media
