Yeni Zelandiyada güclü zəlzələ baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki,bundan sonra sunami xəbərdarlığı edilib.
ABŞ Geoloji Xidməti zəlzələnin 5,9 bal gücündə olduğunu açıqlayıb.Yerli qurumlar isə təkanların 6,3 bal gücündə qeydə alındığını bildirib. Zəlzələnin ocağı Te Anau bölgəsinin şimal-qərbində yerləşib.İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.Yeni Zelandiya Sakit okeandakı seysmik fəallığı ilə tanınan “Od halqası” zonasında yerləşir.
//Nəzər.Media
