Kreml Türkiyənin sülh səylərini yüksək qiymətləndirib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Moskva Ankaraya minnətdarlığını ifadə edib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Ukrayna ilə danışıqlara açıq qalır.
Onun sözlərinə görə, yaxın vaxtlarda danışıqların bərpası gözlənilmir.
Peskov qeyd edib ki, Ukrayna hökumətindəki kadr dəyişiklikləri Rusiyanın mövqeyinə təsir etmir.
O, həmçinin İran və Ukrayna ilə bağlı proseslərin bir-biri ilə müqayisə olunmasının düzgün olmadığını vurğulayıb.
Kreml sözçüsü əlavə edib ki, Rusiya İran rəsmiləri ilə təmaslarını davam etdirir.
//Nəzər.Media
