BMT-nin baş katibi Antonio Quterres Qəzzadakı vəziyyətlə bağlı danışıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Quterres burada görülən dağıntıların misli görünməmiş olduğunu deyib.
O, bölgədə dinc sakinlərin ağır vəziyyətlə üzləşdiyini bildirib. Quterres münaqişələrin dayandırılmasına və humanitar yardımların çatdırılmasına çağırıb. O, Fələstin məsələsində iki dövlətli həllin qorunmasının vacibliyini vurğulayıb.
//Nəzər.Media
