ABŞ Prezidenti Donald Tramp İranla razılaşma ehtimalından danışıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Tramp razılaşmanın seçkidən sonra əldə oluna biləcəyini deyib.
O, İranın da belə bir razılaşmada maraqlı olduğunu bildirib. Tramp bu məsələdə qərar verməli olduğunu vurğulayıb. O, digər ölkələri də İrana qarşı təzyiqlərə qoşulmağa çağırıb.
//Nəzər.Media
