Rusiya Türkiyənin taxıl daşınması ilə bağlı təklifini müzakirə edir. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Kremlin təmsilçisi Dmitri Peskov bu məsələ üzrə təmasların davam etdiyini bildirib.
Təklif Qara dənizdə təhlükəsiz daşınmanı təmin etməyi nəzərdə tutur. Ankara bu məsələ ilə bağlı həm Rusiya, həm də Ukrayna ilə əlaqə saxlayır. Tərəflərin mövqeləri arasında hələ də fikir ayrılıqları qalır.
//Nəzər.Media
