Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Liviya nümayəndələri ilə görüşüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlıq müzakirə olunub.
Hakan Fidan Liviya Milli Birlik Hökumətinin rəsmilərini qəbul edib. Tərəflər ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib. Diplomatik mənbələr görüşün konstruktiv şəraitdə keçdiyini bildirib.
//Nəzər.Media
