İran Hörmüz boğazı ilə bağlı yeni açıqlama verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, danışıqların yeni mərhələyə keçdiyi bildirilib.
Adı açıqlanmayan yüksəkvəzifəli İran rəsmisi Omanla təmasların davam etdiyini deyib. Onun sözlərinə görə, Tehran diplomatik səylərini davam etdirir. Rəsmi şəxs ABŞ-nin müdaxiləsinin razılaşmaya mane olduğunu iddia edib. O bildirib ki, bu müdaxilə dayanarsa, Omanla razılıq əldə etmək mümkündür. Bundan əvvəl ABŞ də Hörmüz boğazı ilə bağlı razılaşmanın yaxın vaxtda mümkün ola biləcəyini açıqlamışdı.
//Nəzər.Media
