ABŞ Hörmüz boğazı ilə bağlı yeni açıqlama verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, danışıqlarda irəliləyiş olduğu bildirilib.
ABŞ dövlət katibi Marko Rubio yekun razılaşmanın hələ əldə edilmədiyini deyib. Onun sözlərinə görə, əsas məqsəd boğazda gəmilərin təhlükəsiz hərəkətini təmin etməkdir. Rubio bildirib ki, bu istiqamətdə Oman və İran arasında aparılan təmaslara ABŞ də qoşulub. O, yaxın vaxtda razılaşmanın əldə olunacağına ümid etdiyini vurğulayıb. ABŞ rəsmisi əlavə edib ki, uzunmüddətli danışıqlar İranın nüvə silahına malik olmamasına yönəlib.
//Nəzər.Media
