Tailandda futbol oyunu faciə ilə nəticələnib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, meydançaya ildırım düşüb.
Hadisə güclü yağış zamanı baş verib. İldırımın düşməsi nəticəsində bir futbolçu həyatını itirib. Daha doqquz futbolçu müxtəlif dərəcəli xəsarət alıb. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib. Həlak olan futbolçunun 27 yaşlı Sofvan Avae olduğu açıqlanıb. Onun yeni mövsüm ərəfəsində “FC Yala” klubu ilə müqavilə imzaladığı bildirilib.
//Nəzər.Media
