Avstriyada Adolf Hitlerin doğulduğu bina polis bölməsi kimi fəaliyyətə başlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, tarixi tikili bərpadan sonra hüquq-mühafizə orqanlarının istifadəsinə verilib.
Rəsmilər bununla binanın ifrat sağçı qrupların ziyarət məkanına çevrilməsinin qarşısını almağı hədəfləyirlər. Avstriya hökuməti binanın bundan sonra demokratiya, təhlükəsizlik və qanunun aliliyinin rəmzi olacağını bildirib.
//Nəzər.Media
