Yeni Zelandiyada hotellərə tələbat artıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, səbəb 2028-ci ildə baş verəcək tam Günəş tutulmasıdır.
Nadir təbiət hadisəsi ölkənin cənubundakı Dunedin şəhərində müşahidə olunacaq. Mütəxəssislərin hesablamasına görə, bu hadisə bölgədə sonuncu dəfə 865 il əvvəl qeydə alınıb. Tutulma 22 iyul 2028-ci ildə baş verəcək. Ay Günəşin qarşısını tam örtəcək və ərazi bir neçə dəqiqə qaranlığa qərq olacaq. Bu səbəbdən şəhərdə yerləşən hotellərdə indidən rezervasiyalar sürətlə artır.
//Nəzər.Media
