İndoneziyanın Yava adasındakı Semeru vulkanı yenidən püskürüb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, vulkan külü 900 metr yüksəkliyə qalxıb.
Püskürmə yerli vaxtla saat 06:19-da baş verib. Hadisə 110 saniyə davam edib. Sonrakı altı saat ərzində ərazidə 31 vulkanik təkan qeydə alınıb.
//Nəzər.Media
