Ukraynada Volodimir Zelenskinin mümkün varisləri ətrafında müzakirələr güclənib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın seçki çağırışı bu müzakirələri yenidən gündəmə gətirib.
Keçmiş baş qərargah rəisi Valeri Zalujnı əsas namizədlərdən sayılır. Kəşfiyyatın keçmiş rəhbəri Kirilo Budanov da mümkün namizədlər arasındadır. Seçkilərin vaxtı isə müharibə səbəbindən hələ də qeyri-müəyyən olaraq qalır.
//Nəzər.Media
