İngiltərədə isti hava ağır fəsadlar yaradıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ölənlərin sayı 2877-yə çatıb.
Rəsmi məlumata görə, ölüm halları may və iyun aylarında müşahidə olunan iki isti hava dalğası ilə əlaqələndirilir. Bildirilir ki, bu göstərici ötən illə müqayisədə təxminən iki dəfə çoxdur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, yay ərzində yeni isti hava dalğaları olarsa, ölüm sayı rekord həddə çata bilər. Rəsmilər əhalini, xüsusilə yaşlı və xroniki xəstəlikləri olan şəxsləri yüksək temperaturdan qorunmağa çağırıblar.
//Nəzər.Media
