Britaniya mətbuatı diqqətçəkən iddia yayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, iddialara görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və İsrailin xarici kəşfiyyat xidməti Mossad Müctəba Xamaneyin yerini müəyyənləşdirmək üçün birgə fəaliyyət göstərir.
Bildirilir ki, o, təxminən 150 gündür heç bir rəqəmsal cihazdan istifadə etmir. Məlumata görə, Xamaney yalnız xüsusi kuryerlər vasitəsilə əlaqə saxlayır. İddialarda onun təhlükəsizlik məqsədilə yeraltı sığınacaqlarda qaldığı da qeyd olunur. Keçmiş kəşfiyyat əməkdaşları bu səbəbdən elektron izləmə üsullarının nəticə vermədiyini bildirirlər. Onların fikrincə, hazırda əsas diqqət insan kəşfiyyatı məlumatlarının toplanmasına yönəlib. Həmçinin Hamaneyin təhlükəsizlik məqsədilə oxşar görünüşlü şəxslərdən istifadə edə biləcəyi barədə də iddialar irəli sürülüb. Bu məlumatlar rəsmi mənbələr tərəfindən hələlik təsdiqlənməyib.
//Nəzər.Media
