İngiltərədə güclü quraqlıq hökm sürür.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İyul ayı rekordla yadda qalıb.
Meteorologiya xidmətinin məlumatına görə, 2026-cı ilin iyulu son 190 ilin ən quraq iyul ayı olub. Bu dövrdə İngiltərədə cəmi 6,5 millimetr, Uelsdə isə 9,3 millimetr yağıntı qeydə alınıb. Eyni zamanda hava temperaturu da normadan xeyli yüksək olub. İyul ayı İngiltərədə ikinci, Uelsdə isə indiyədək qeydə alınan ən isti iyul ayı kimi tarixə düşüb.
//Nəzər.Media
