“Instagram” hesablarının süni intellekt dəstək sistemi vasitəsilə ələ keçirildiyi iddia olunur. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istnadən xəbər veir ki, bəzi şəxslər sistemdən istifadə edərək hesablara yeni elektron poçt ünvanı əlavə etdiriblər.
Bundan sonra parolun yenilənməsi prosesi başladılıb. Mütəxəssislər bunun ciddi təhlükəsizlik riski yaratdığını bildirirlər.
İstifadəçilərə iki mərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur. Şübhəli keçidlərə və naməlum sorğulara qarşı diqqətli olmaq məsləhət görülür.
//Nəzər.Media
